Paşinyan Rəisi ilə memorandum imzaladı

 

Ermənistan və İran elektrik enerjisi və qaz sazişinin müddətinin uzadılmasına dair anlaşma memorandumu imzalayıblar.

“Mehrnews” xəbər verir ki, bu barədə Tehranda Ermənistan baş naziri Nikol Paşinyan bildirib.

Paşinyan İran prezidenti Rəisinin İranın erməni icmasına münasibətini yüksək qiymətləndirib.

Nikol Paşinyanın sözlərinə görə, İran İslam Respublikası müxtəlif dinlərin ardıcıllarının dinc əməkdaşlığının və birgəyaşayışının aydın və birmənalı simvolu ola bilər.

Paşinyan İranın Qafqaz regionunda sülh və təhlükəsizliklə bağlı prinsipial fikirlərini yüksək qiymətləndirdiyini deyib.

“Mən cənab Rəisiyə Soçidə keçirilən üçtərəfli görüş barədə məlumat verdim və İran prezidentinin regionda sülh və təhlükəsizliyin bərqərar olması ilə bağlı fikirlərini təqdir etdim”.

Basta