Həftəsonu ictimai nəqliyyat işləməyəcək
Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, 22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək.
Bu müddət ərzində xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandır.
Bundan əlavə, Bakı metrosunun fəaliyyəti avqustun 31-dək dayandırılıb.