ABŞ Ukraynaya yeni silahlar göndərir – Siyahı
ABŞ Müdafiə Nazirliyi Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketinə daxil ediləcək silahların tam siyahısını dərc edib.
Bu haqda “Ukrainska pravda” məlumat yayıb. .
“Bu paket ABŞ-ın Ukraynaya ən yaxın ehtiyaclarını ödəmək, eləcə də uzunmüddətli perspektivdə onun suverenliyini qorumaq üçün Ukrayna silahlı qüvvələrinin potensialının artırılmasını nəzərdə tutur”, – deyə, məlumatda qeyd edilir.
Yeni yardım paketinə aşağıdakılar daxildir:
-Hava hücumundan müdafiə raketlərinin modernləşdirilməsinin maliyyələşdirilməsi;
-Təkmilləşdirilmiş optika, rabitə və zirehlərə malik 45 ədəd təmir edilmiş T-72B tankı;
-1100 Phoenix Ghost taktiki dronu;
-40 ədəd zirehli çay qayığı;
-250 ədəd M1117 zirehli mühafizə maşınının modernləşdirilməsinin maliyyələşdirilməsi;
-Taktiki təhlükəsiz rabitə və müşahidə sistemləri;
Təlim, texniki xidmət və dəstək üçün maliyyə.
Ümumilikdə, Bayden administrasiyası müharibə başlayandan bəri Ukraynaya təhlükəsizlik üçün 18,9 milyard dollardan çox yardım edib. 2014-cü ildən bəri ABŞ Ukraynaya təhlükəsizlik üçün 21 milyard dollardan çox, Rusiyanın 24 fevralda səbəbsiz və qəddar işğalından sonra isə 18,2 milyard dollardan çox yardım edib.
Bundan əvvəl verilən məlumata görə ABŞ Çexiyadan Ukraynaya verilməsi nəzərdə tutulan 45 ədəd T-72 tankının modernləşdirilməsi xərclərini də ödəyəcək. Daha 45 tankın pulunu isə Hollandiya ödəyəcək.
Basta