İran Rusiyaya PUA-lar verdiyini etiraf etdi

“Ukraynadakı müharibədən bir neçə ay əvvəl Rusiyaya pilotsuz təyyarələr vermişdik”. İRNA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.

“Ukraynadakı müharibədən bir neçə ay əvvəl biz PUA-ların kiçik bir partiyasını Rusiyaya çatdırdıq. Biz Ukraynanın Xarici İşlər Naziri ilə razılaşdıq ki, onlar bizə İran pilotsuz təyyarələrinin Ukraynada Rusiya tərəfindən istifadə olunmasını sübut edən sənədləri təqdim etsinlər”, – deyə İran rəsmisi bildirib.

Qeyd edək ki, Ukrayna ordusu onlarla İran PUA-sını məhv edərək, onların qalıqlarını ələ keçirib. Müşahidəçilərin fikrincə, İran Rusiyaya silah verdiyini gizlətməyin mümkün olmadığını anlayır. Bu səbəbdən PUA-ların Rusiyaya müharibə başlamadan verdiyini iddia etməklə, Ukraynada dinc əhalinin və mülki ifrastukturun məhv edilməsinə görə məsuliyyətdən yayınmağa çalışır. 

Basta