Xersonda işğalçılar 34 uşağı oğurlayaraq Rusiyaya aparıblar

Ukraynanın işğal olunmuş Xerson vilayətinin kəndlərindən birindən işğalçılar 34 uşağı Rusiyaya aparıb, valideynlərinə qaytarmırlar.

Bu barədə “Ukrainska pravda” Xerson vilayət hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviçə istinadən məlumat verib.

“Rus işğalçıları uşaqlarımızın Xerson vilayətindən məcburi deportasiyasını davam etdirirlər. İşğalçılar Preobrajenka kəndindən 34 uşağı oğurlayıblar. Onlar Rusiyanın Anapa şəhərinə aparılıb”- deyə Yanuşeviç qeyd edib.

O, bildirib ki, valideynlərə uşaqların bu həftənin sonuna kimi qaytaracaqlarına söz verilib, lakin onlar hələ qayrarılmayıb.

Basta