Müsavatın bərpasından 30 il keçir
Dövlətçilik tariximizdə misilsiz rolu olan Müsavat Partiyasının bərpasından 30 il keçir.
Müsavat Partiyası bərpa olunduğu dövrdən Azərbaycanın ən güclü siyasi təşkilatlarından biri olaraq fəaliyyət göstərir.
Müsavat istər Elçibəy iqtidarı dövründə hakimiyyət ortağı kimi, istərsə də avtoritar rejimin ən qəddar repressiyaları zamanı əsas müxalifət partiyalarından biri kimi daim hüquqi dövlət, azad cəmiyyət quruculuğu uğrunda mübarizə aparan bir partiyadır.
Bu müddət ərzində ümummili seçkilərdə azı iki dəfə qalib gəlsə də haqqı tanınmayan Müsavat Partiyasının xalq arasındakı böyük nüfuzu ideyalarının saflığı, şərəfli tarixi, siyasətinin dürüstlüyü və ardıcıllığı, üzvlərinin əsaslandığı mənəvi dəyərlərlə bağlıdır.
Pariyamızın qurucusu və birinci başqanı M.Ə. Rəsulzadənin dediyi kimi “Davamız Azərbaycan davasıdır, bu, tarixi və milli bir davadır.”
Azad, demokratik, firavan Azərbaycan naminə davamız uğurlu sonluğadək davam edəcək.
Müsavat Partiyasının bərpasının 30 illiyi münasibətilə Müsavat Partiyasının üzvlərini, müsavatsevərləri, bütün Azərbaycan xalqını təbrik ediirəm.
Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.