Müsavatın qərargahından oğurluq edən saxlanıldı
Müsavat partiyasının qərargahından 2500 manat dəyərində iki ədəd kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Baş Polis İdarəsinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunan, 1994-cü il təvəllüdlü Toğrul Babayev saxlanılıb. Oğurlanan əmlak maddi sübut kimi aşkar olunaraq götürülüb.
Cinayət əməlində şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.