Mariya Zaxarova: “Zəngəzur dəhlizi barədə məsələləri üçtərəfli işçi qrup həll edir”

Maria Zaxarova deyib ki, Cənubi Qafqazda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı mübahisələr də daxil olmaqla nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı bütün məsələlər üçtərəfli işçi qrupu çərçivəsində nəzərdən keçirilir və həll edilir.

Rusiyanın TASS agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sozçüsü Mariya Zaxarova bildirib ki, üçtərəfli işçi qrupun səkkiz görüşü baş tutub və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirirlər.

 

Keçirdiyi brifinqdə Zaxarova deyib ki, “Biz Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli sazişlərin həyata keçirilməsinə töhfə verən bəyanatlara və addımlara əməl etməyi düzgün hesab edirik”.

 

Zəngəzur dəhlizi: Azərbaycan və Ermənistan kommunikasiyaların bərpasında niyə razılığa gələ bilmirlər?
Naxçıvan üzərindən Türkiyəyə çəkiləcək dəmiryolu xətti: “Böyük oyunçuların qazancı daha çox olacaq”
Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin təməlini qoyduğunu elan edib.

 

Həmin dəhliz vasitəsiylə Sovet dövründə mövcud olan münaqişə müddətində dağıdılan avtomobil və dəmir yolunun çəkilməsi nəzərdə tutulur.

 

Çəkiləcək avtomobil və dəmiryolu ilə Azərbaycan Naxçıvan üzərindən Türkiyə və Avropa ilə, Türkiyə Azərbaycan vasitəsilə Xəzərdən keçməklə Mərkəzi Asiya ölkələri ilə, Ermənistan Azərbaycandan keçməklə Rusiya və İranla əlaqə qura biləcək.

 

Rəsmi Yerevan “Zəngəzur dəhlizinin olmayacağını, heç bir dəhliz məsələsinin müzakirə olunmadığını” deyir. Rəsmi Bakı işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri çərçivəsində Zəngəzur dəhlizi kimi tanınan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyub.

 

BBC