Həbsdə olan AXCP üzvü ona işgəncə verildiyini bildirib
Həbsdə olan AXCP üzvü Rövşən Məmmədov ona polis tərəfindən işgəncə verildiyini bildirib.
Bu haqda “Basta”ya onun vəkili Nemət Kərimli məlumat verib.
“Bu gün İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində Rövşən Məmmədovla görüşdüm. O, bildirdi ki, noyabrın 11-də AXCP-nin Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirdiyi mitinqdə saxlandıqdan sonra polis tərəfindən işğəncələrə məruz qalıb və bir daha aksiyalara qatılmamaq barədə xəbərdarlıq edilib”
Salyan rayon sakini, 1980-ci il təvəllüdlü Rövşən Məmmədov polis avtomobilinə ziyan vurmaqda ittiham edilərək Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs cəzası alıb. AXCP-nin Salyan şöbəsinin üzvü olan R.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 510 (Xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə tabe olmama) maddələri ilə təqsirli bilinib.
Nemət Kərimli həbsin əsassız olduğunu və apelyasiya şikayəti veriləcəyini qeyd edib.
Basta