Təbriz zindanında Azərbaycan bayrağı üstündə dava düşüb – Mili fəal yaralanıb
Təbriz zindanında saxlanılan tanınmış idmançı və milli fəal Kərim İsmayılzadəyə hücum olub.
Milli fəala təzyiq göstərmək üçün onu ağır cinayətlər törətmiş məhkumlarla bir kameraya köçürüblər.
Noyabrın 16-da 3 cinayətkar Azərbaycan bayrağını təhqir edib və Kərim İsmayılzadəyə hücum ediblər.
Məcburi davaya cəlb olunan milli fəalın hücumçulardan ikisinə müqavimət göstərdiyi, üçüncü hücumçunun isə qaçdığı bildirilir.
Bundan sonra xüsusi təyinatlı dəstə bölməyə girib, yaralanan Kərim İsmayılzadə zindanın tibb məntəqəsinə aparıldıqdan sonra xüsusi bölməyə köçürülüb.
Kərim İsmayılzadənin ittihamlarından biri şəxsi avtomobilindən Azərbaycan bayrağını asmaqdır.
Hadisənin zindan məsulları və təhlükəsizlik əməkdaşları tərəfindən məqsədli şəkildə cinayətkar şəxslər vasitəsilə törədildiyi bildirilir.
Qeyd edək ki, son dəfə noyabrın 2-də təhlükəsilik məmurları tərəfindən saxlanılan Kərim İsmayılzadə bundan öncədə sosial mediadakı paylaşımları və dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə basqılarla üzləşib və həbs edilib.
Gunaz TV