Amerika daha 13 İran şirkətinə sanksiya tətbiq etdi – İranın neft ixracı imkanları tükənir
Amerika Birləşmiş Ştatları Maliyyə Nazirliyi yüz milyonlarla dollar dəyərində İran neft məhsullarının satışını asanlaşdırdıqları üçün 13 beynəlxalq şirkətə sanksiya tətbiq edib.
Sanksiya siyahısına BƏƏ və Çində, xüsusən də Honq Konqda qeydiyyatdan keçmiş şirkətlər daxildir.
Qeyd olunur ki, sanksiya siyahısına daxil edilmiş şirkətlərin bütün əmlak və aktivləri bloklanmalıdır.
Amerika Maliyyə Nazirliyinin Maliyyə Kəşfiyyatı və Terrorla Mübarizə üzrə müavini Brayan Nelson noyabrın 17-də elan olunmuş sanksiyalardan danışıb.
“İran İslam Respublikası sanksiyalardan yayınmaq, neft və neft-kimya məhsullarını qeyri-qanuni satmaq üçün mürəkkəb üsullardan istifadə edir. Amerika satışlara şərait yaradanlara qarşı sanksiyaları davam etdirəcək”,-deyə, Nelson bildirib.
Gunaz TV