Vardanyan: “Əliyevin bu istəyini alqışlayıram”
Qarabağdakı separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan Azərbaycan prezidenti İlham Əliyevin bəyanatlarına reaksiya verib.
Vardanyan Facebook səhifəsində yazıb:
“Mən Azərbaycan prezidenti İlham Əliyevin Artsaxla (Qarabağın erməni əgalisi ilə red.) birbaşa dialoqa başlamaq istəyini alqışlayıram. Artsax bu prosesdə subyekt olmalıdır.
Beynəlxalq vasitəçiliklə danışıqlar üçün yeni formatın yaradılmasını da alqışlayıram. Beynəlxalq vasitəçilər arasında Rusiya və ABŞ ilə yanaşı, Fransa da yer almalıdır…”
Qeyd edək ki, İlham
Əliyev Qarabağda yaşayan ermənilərlə danışmağa hazır olduğunu bildirib: “Amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”.
Vardanyan buna cavab olaraq Rusiya vətəndaşlığından imtina etdini və Qarabağda yaşadığını yazıb.
“Müharibə həmişə müharibə gətirir. Bəzən bu, bir neçə nəsildən sonra belə olur. Bugünkü təcavüz iki xalqımızın gələcək nəsilləri üçün saatlı bombadır. Bu o deməkdir ki, hər iki tərəfin liderləri bütün məsuliyyəti öz üzərlərinə götürməli və nə qədər çətin olsa da, danışıqlar masası arxasına əyləşib qanı dayandırmalıdırlar”, – Ruben Vardanyan əlavə edib.