Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası planı açıqlandı. 4 mərhələdə…
Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan aravot.am saytına müsahibəsində Azərbaycan hakimiyyətinin Qarabağ ermənilərinin tam inteqrasiyası üçün plan hazırladığını bildirib.
Onun sözlərinə görə, inteqrasiya prosesinin dörd mərhələdən ibarət olması nəzərdə tutulur. Proses çərçivəsində əvvəlcə sənədlərin, o cümlədən, pasportların dəyişdirilməsi, Qarabağda Azərbaycan manatının dövriyyəyə buraxılması, buradakı hərbi birləşmələrin tam tərksilah olunması və Azərbaycan hakimiyyətinin yerli qurumlarının yaradılması planlaşdırılır. Qeyd edilir ki, sözügedən yol xəritəsinin icrası üçün 12 ay müddət ayrılıb: hər mərhələ üçün 3 ay.
Rəsmi İrəvan David Şahnazaryanın bəyanatını təkzib etməyib. Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Aravot.am-ın sualına cavab olaraq bu planın mövcudluğunu dolayısı ilə təsdiqləyib. Baş nazirin mətbuat katibi deyib ki, “danışıq prosesi” getdiyi üçün hansısa əlavə şərhlərə ehtiyac duymur.
Basta