Rusiya artıq büdcəsinin dörddə birini müharibəyə xərcləyib – Forbes
Ukraynaya qarşı müharibənin 9 ayı ərzində Rusiyanın hərbi xərcləri təxminən 82 milyard dollara çatıb ki, bu da onun bütün illik büdcəsinin dörddə birini təşkil edir.
Bu haqda Forbes məlumat yayıb.
Bildirilir ki 2021-ci ildə Rusiyanın bütün büdcə gəlirləri 340 milyard dollar təşkil edib.
Ən böyük xərc maddələri ordunun təminatı (28,7 milyard), itirilmiş texnika (20,8 milyard) və hərbçilərin maaşları (15,6 milyard) olub.
Ordunun təminatı sahəsində xərclərin böyük hissəsi raketlərdən istifadə hesabına olub (14,1 milyard). Rusiya Ukraynaya 4000-dən çox raket atıb, onların birinin orta qiyməti 3 milyon dollardır. Bundan başqa artilleriya təminatı üçün 6,6 milyard dollar xərclənib.
Basta