Koronavirusdan ölənlərin sayı 7 milyona yaxınlaşır

Dekabrın 6-na olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 225 ölkə, ərazi və məkanda 6 milyon 647 mindən çox adamın ölümünə gətirib. Yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 392283 nəfər.

İranda 144645, Ukraynada 110586, Türkiyədə 101400 ölüm qeydə alınıb.

Qalan yaxın ölkələr belə sıralanır:

Gürcüstan – 16882 ölüm

Qazaxıstan – 13693

Moldova – 11918

Litva – 9437

Ermənistan – 8712

Belarus – 7118

Latviya – 6102

Qırğızıstan – 2991

Estoniya – 2790

Özbəkistan – 1637

Tacikistan – 125.

Milli hesabata əsasən, Azərbaycanda 824512 nəfər koronavirusa yoluxub, onların 9983-ü vəfat edib.

2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 229 ölkə, ərazi və məkana yayılan infeksiyaya ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də rəsmiləşib.

Novator.az