Müsavat başqanı üç ölkəyə səfərindən yazdı: “Uğurlu oldu”
Dеkabr ayının ilk günlərində Avropanın 3 ölkəsinə Almaniya, Slovakiya və Avstriyaya səfərim oldu.
Bratislava və Vyanada beynəlxalq tədbirlərdə iştirak etdim. Soydaşlarımızla görüşdüm.
Rusiyanın Ukraynaya təcavüzü,
demokratiya və insan haqları, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və digər məsələlərin müzakirəsində həm iştirak etdim.
Səfərim Azərbaycanın maraqlarının ifadə olunması və Müsavat Partiyasının beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından uğurlu oldu.
Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.