Dağıstanda güclü zəlzələ Azərbaycanda da hiss olundu
Dağıstan ərazisində bir saatda iki güclü zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 11:16-da Zaqatala stansiyasından 47 kilometr şimalda, Rusiya ərazisində baş verib.
Maqnitudası 3,4 olan zəlzələ 24 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 10:42-də Dağıstan ərazisində daha bir zəlzələ olub. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.
Basta