Ermənistanda koronavirusdan rekord sayda ölüm

Ermənistanda 25 oktyabr, saat 11: 00-a qədər 2314 yeni koronavirus infeksiyası hadisəsi aşkar edilib. Bu barədə Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat verib.

 

Beləliklə, ölkədə yoluxanların ümumi sayı 77.837-yə, aktiv xəstələrin sayı isə 25.412 nəfərə çatıb.

 

Bir gündə 23 nəfər – rekord sayda xəstə virusun təsirindən ölüb. Covid-19-a yoluxmuş daha 4 nəfər isə başqa xəstəliklərdən vəfat edib. Ümumilikdə, 1180 koronavirusdan, daha 337 nəfər isə bu diaqnoz qoyuldudan sonra digər xəstəliklərdən ölüb.

 

Son 24 saat ərzində 377.340 test aparılıb.

 

Basta