Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atıldı, xəsarət alanlar var

Şəmkir şəhər ərazisində fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin birində partlayış olub.

Hadisə nəticəsində, 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə məntəqəyə qumbara atılması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxu.az