Naxçıvanda “Cahan” Ticarət Mərkəzinin işçiləri kirayə haqqının yüksək olmasına etiraz edirlər
Yanvarın 5-də “Cahan” Ticarət Mərkəzində işləyən onlarla satıcı etiraz aksiyası keçirir. Onlar kirayə haqqının yüksək olmasından narazıdırlar və regionun yeni rəhbərliyindən onlara kömək etməyi xahiş edirlər.
Ticarətçilər Ali Məclisin binasına gəliblər və onların tələblərini dinləməyi xahiş etdilər.
Aksiya iştirakçıları özləri müraciəti sosial şəbəkələrdə yerləşdiriblər. Onlar “Cahan” Ticarət Mərkəzinin də sahibi olan Vasif Talıbov (Naxçıvanın keçmiş rəhbəri) klanının özbaşınalığından və hökmranlığından danışırlar.
Region rəhbərliyi hələlik etirazçıların tələblərinə cavab verməyib.
Turan