Soledar uğrunda qanlı döyüşlər gedir – Video

Ukrayna sərhədçiləri Donetsk vilayətində Soledar yaxınlığında bir qrup Rusiya hərbçisini məhv ediblər.

Müvafiq videonu DSX-nin mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, Soledar Ukrayna hərbçilərinin nəzarəti altındadır. Bununla belə, həm şəhərin daxilində, həm də ətraf ərazilərdə döyüşlər gedir.

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel qeyd edib ki, Soledarda vəziyyət ağır olaraq qalır, lakin Moskva az uğur naminə rus qoşunlarının çox ağır itkilər verdiyini artıq başa düşüb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 10-da Soledarı tam ələ keçirdiyini iddia edib.

 

Basta