Ukrayna DİN-in rəhbərliyi helikopter qəzasında həlak olub

Yanvarın 18-də səhər saatlarında Brovarıda helikopter yaşayış binası ilə uşaq bağçası arasında qəzaya uğrayıb. Hadisə yerində yanğın olub. Səlahiyyətlilər uşaq bağçasından uşaqların və işçilərin təxliyə edildiyini bildiriblər.

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Denis Monastırski Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində həlak olub. Bu haqda Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko bildirib.

Həmçinin daxili işlər nazirinin birinci müavini və helikopterdə olan dövlət katibi də həlak olub.

“Ümumilikdə, azı 16 nəfərin öldüyü məlumdur, onlardan ikisi uşaqdır. Ölənlərdən 9-u helikopterin göyərtəsində olub. 22 xasarət alaraq xəstəxanadadır, onlardan 10-u uşaqdır”, – Klimenko bildirib.

Basta