Baş nazir cərimələndi: Britaniyada qanun qarşısında hamı bərabərdir
Britaniya polisi baş nazir Rişi Sunakı təhlükəsizlik kəməri taxmadan avtomobildə olduğuna görə cərimələyib.
BBC xəbər verir ki, Böyük Britaniyanın baş naziri ölkənin şimalındakı Lankaşirə işgüzar səfəri zamanı törətdiyi qanun pozuntusuna görə cərimələnib.
Dünən baş nazir baş verənlərə görə üzrxahlıq edib.
Xidməti maşının arxa oturacağında əyləşən Sunak video çəkmək üçün cəmi bir neçə dəqiqəlik təhlükəsizlik kəmərini açıbmış.
Böyük Britaniyada təhlükəsizlik kəməri taxmadan avtomobil idarə etməyə görə cərimə 100 funt sterlinqdir (123 dollar).
Basta