Ermənistanda sərhədçi zabit “itkin düşüb”
Ermənistanda itkin düşdüyü deyilən bir zabitin Azərbaycan tərəfinə düşməsi ehtimal olunur, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib.
Məlumatda Ermənistan Silahlı Qüvvələrinə istinadən bildirilib ki, sərhəd hərbi hissələrindən birinin zabiti yoxa çıxıb, onun hava şəraitinə görə yolu itirməsi güman edilir.
Ermənistan Müdafiə Nazirli mətbuat xidmətinin məlumatına görə, baş leytenant Artur Davidyan avqustunun 22-si saat 21:00 radələrində komandirindən icazəsiz hərbi hissənin daimi yerləşmə ərazisini tərk edib və bir müddət keçmiş onunla əlaqə kəsilib.
“Dərhal axtarış-xilasetmə işləri başlanıb, Rusiya tərəfinin vasitəsilə hərbçinin Azərbaycan tərəfində olmasının müəyyən edilməsi istiqamətində tədbirlər görülür”, – məlumatda deyilib.
Azərbaycan bu məlumata reaksiya verməyib.
BBC