Xoyda zəlzələ: azı 816 nəfər xəsarət alıb, binaların yarısı dağılıb
İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 816 nəfərə çatıb, 3 nəfər ölüb. Bu barədə bazar günü vilayətin qubernatoru Məhəmməd Sadeq Motamedyan məlumat verib.
O qeyd edib ki, ilkin hesablamalara görə, zəlzələ 2 şəhər və 70-dən çox kəndə ziyan vurub, binaların 20-50%-i dağılıb.
Yanvarın 28-də İranın şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri 175 min insanın yaşadığı Hoy şəhərindən 23 km cənub-şərqdə yerləşib. Episentr 7 km dərinlikdə yerləşirdi.