İranın hərbi fabriklərini İsrailin döyüş dronları bombalayıb – KİV

Ötən gecə İsrailin döyüş pilotsuz apparatları İranın hərbi obyektlərinə silsilə hücumlar həyata keçirib.

İran rəsmiləri  İsfahandakı hərbi zavoda iki pilotsuz apparat ilə vurulan zərbələri  etiraf edib.

Döyüş təyyarələri Tehran səmasına qaldırıldı.

Bu arada müstəqil mənbələr Tehran, İsfahan, Azərşəhr, Təbriz və digər şəhərlərdə ən azı 5 hərbi obyektin partladıldığını bildirirlər. Bunlar döyüş pilotsuz uçan aparatlarının və raketlərin istehsalı və saxlanması hərbi müəssisələrdir.

Əl-Ərəbiyyə telekanalı hücumun İsrail tərəfindən həyata keçirildiyini bildirib.

İsrail hakimiyyəti isə bu xəbərləri şərh etmir.

Öz növbəsində İrandakı yerli mənbələr pilotsuz təyyarələrin hücumları, hərbi obyektlərdə baş verən partlayışlar və yanğınların videogörüntülərini internetdə yerləşdiriblər.

Eyni vaxtda İranın şimalında  6 bal maqnituda gücündə zəlzələ baş verib.Onun episentri Xoy şəhərində olub. İlkin məlumatlara görə, yeddi nəfər ölüb, bir neçə yüz nəfər yaralanıb. Xoyda 500-dən çox ev dağılıb.

Zəlzələ Azərbaycanın cənubunda da hiss olunub.

 

Turan