ABŞ Ukraynaya uzaqmənzilli raketlər verəcək – Reuters
ABŞ hakimiyyəti Ukraynaya 2,2 milyard dollarlıq yeni hərbi yardım paketi hazırlayır. Bu paketə ilk dəfə olaraq uzaqmənzilli raketlər, eləcə də digər sursat və silahlar daxil olacaq. Bu barədə Reuters agentliyi prezident Co Bayden administrasiyasının iki rəsmisinə istinadən məlumat yayıb.
Reuters dəqiqləşdirib ki, söhbət 150 kilometr məsafədən hədəfi dəqiq vuran GLSDB (Ground Launched Small Diameter Bomb) raketlərinin tədarükündən gedir. Hazırda Ukraynaya 70 kilometr mənzilli raketlər gətirilir.
Yeni təhlükəsizlik paketi bu həftə elan edilə bilər. Paketə həmçinin Patriot hava hücumundan müdafiə sistemləri üçün dəstək ləvazimatları, dəqiq idarə olunan hərbi sursatlar və Javelin tank əleyhinə raketlərin daxil olacağı gözlənilir.
Basta