Belarus müxalifəti süni intellektlə NAMİZƏD ÇIXARDI
Belarus müxalifəti süni intellekt vasitəsilə namizəd çıxarıb.
Modern.az xəbər verir ki, bu barədə Belarus müxalifətinin mühacirətdə olan lideri, bir sıra Qərb ölkələri tərəfindən son prezident seçkilərində qələbəsi tanınan və ölkə prezidenti kimi qəbul edilən Svetlana Tixanovskaya X-də paylaşım edib.
“Belarus rejiminin seçkiləri sadəcə uydurmadır. Budur orijinal bir şey: Biz insanlarla ünsiyyət qurmaq və suallara cavab vermək üçün süni intellektdən istifadə edərək Yas adlı virtual namizəd yaratdıq. Açığı, o, rejimin təklif etdiyi istənilən namizəddən daha realdır. Və ən yaxşı tərəfi bilirsiniz nədir? Onu həbs etmək olmur!”, – o qeyd edib.