İrana hücumlar Ermənistanda narahatlıq yaradıb
Amerika Universitetinin professoru: Ermənistan üçün bundan ciddi təhlükə yoxdur
ABŞ və İsrailin İrana zərbələri Ermənistan üçün ekzistensial təhlükədir. Bu barədə Amerikanın Lehiq Universitetinin professoru, politoloq Arman Qriqoryan “NEWS.am”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan üçün bundan ciddi təhlükə yoxdur.
O, İranda sabitliyin olması və İrəvanla münasibətləri faktorunun Ermənistanın təhlükəsizliyi üçün çox vacib olduğunu vurğulayıb.
“İran Sünikdən keçən dəhlizə qarşı çıxır, çünki bu, regionda Tehrana qarşı güc balansını dəyişəcək. Əgər İran Ermənistanla sərhədini itirərsə, o halda ciddi problemlərlə üzləşəcək ”, – Qriqoryan əlavə edib.
Ekspert hesab edir ki, Qərb dəhlizin əleyhinə deyil, lakin Rusiyanın dəhlizə nəzarət etməsinin əleyhinədir.
“İran kontekstində ABŞ vəziyyətin gərginləşəcəyi təqdirdə Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib, İsrail Azərbaycanda çox fəaldır, bu da qismən Tehrana qarşı siyasətlə bağlıdır”.
Basta