100 minə yaxın insanın hələ dağıntılar altında olduğu deyilir

Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən və ölkənin 10 vilayətində dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə iki zəlzələnin qurbanlarının sayı artmaqdadır.  Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada zəlzələ nəticəsində 35 min 418 nəfərin həyatını itirdiyini, yaralananların sayının isə 105 min 505-ə yüksəldiyini açıqlayıb.

Zəlzələ üzrə mütəxəssis professor Övgün Əhməd Ercan Kahramanmaraşdakı zəlzələlərlə bağlı hesablamalar aparıb.

Halk TV-də yayımlanan proqramda açıqlama verən Ercan hələ bir çox insanların dağıntılar altında olduğunu bildirib:  “Daha 90-100 min insan dağıntılar altında qalıb. Onlardan neçəsinin sağ çıxıb-çıxmayacağını bilmirik”.

Zəlzələ bölgəsində xilasetmə işləri davam edir. Bu işlər tamamlandıqdan sonra dağıntıların yığışdırılmasına start veriləcəyi gözlənilir. Təəssüf və kədərlə qeyd edilir ki, cənazələrin əksəriyyəti məhz bu zaman üzə çıxacaq.

Basta