Vardanyanın vəzifəsi Nersisyana təklif edilib
Qarabağdakı separatçı rejimin “baş prokuroru” Qurgen Nersisyan “dövlət naziri” vəzifəsini tutmaq təklifi alıb. News.am xəbər verir ki, o, bu barədə MediaHub-a müsahibəsində bildirib.
“Mənə təklif gəlib, amma hələ tam qərar verməmişəm” – deyə, Nersisyan bildirib.
Beləliklə, Rusiyalı oliqarx Ruben Vardanyanın vəzifədən gedəcəyi barədə məlumatlar təsdiqlənir.
Məlumata görə, 2021-ci ilin fevralına kimi hüquq müdafiəçisi kimi fəaliyyət göstərən Nersisyanın namizədliyi Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən də bəyənilib.
Basta