Rusiya əsgərlərinin tabutları – Video

İşğalçı rus ordusunun Ukraynada öldürülən əsgərlərinin tabutlarının videosu yayılıb. Məlumata görə, Novosibirskdəki Tolmaçevo hava limanına 100-ə yaxın tabut  gətirilib.
Tabutların üstünə ölüm şəhadətnamələri yapışdırılıb. Rusiyalı jurnalistlər şəhadətnamədə adı görünən şəxslərin Baxmut ətrafında döyüşlərdə həlak olduqlarını təsdiqləyiblər.
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı müharibə başlayandan bəri Ukraynada 145 minə yaxın Rusiya hərbçisinin məhv edildiyini açıqlayıb.