Rusiya neftini daşımaqda şübhəli bilinən gəmi tutuldu – Azərbaycan izi

Albaniyada Rusiyaya məxsus olduğu ehtimal edilən 22 500 ton nefti daşıyan tanker tutulub. “Reuters”in məlumatına görə, bu haqda Albaniya polisi bazar ertəsi  açıqlama yayıb.

Liberiya qeydiyyatında olan həmin tanker Albaniyanın Durres limanında saxlanılıb.

“Tanker Azərbaycandan yola çıxıb və ehtimala görə Yunanıstanın Kalamata limanında başqa bir tankerdən bura 22,5 min ton dizel yanacağı yüklənib” – deyə, məlumatda qeyd edilib.

Qeyd edilir ki, Albaniya bir il əvvəl Moskvanın Ukraynaya hərbi təcavüzü başlayanda Rusiyaya qarşı sanksiyalar tətbiq edən ilk ölkələrdən biri olub.

Albaniya polisi bildirib ki, “Embarqo” kod adlı əməliyyat zamanı əlavə araşdırma üçün 22 ekipaj üzvünün hamısı həbs edilib.

Basta