Gunaz TV-nin Bakı ofisi rəhbərinin qardaşı İranda həbs edildi
Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan Məhəmməd Yusifi həbs edilib.
Yaxınlarının verdiyi məlumata görə, fevralın 20-i səhər saat 10-da Ərdəbil şəhərinin “Əxlaq Polisi”nin əməkdaşları onun yaşadığı mənzilə gediblər.
O, evdə olmadığı üçün anasından onun polisə müraciət etməsini istəyiblər.
Saat 11-də evə gələn Məhəmməd Yusifi saat 11-30-da polis bölməsinə gedib.
12:30 radələrində Ərdəbil məhkəməsinə aparılan Məhəmməd Yuisifi saat 15 radələrində bir polkovnik və bir əsgərin müşayiəti ilə avtobusla Tehrana göndərilib.
Məhəmməd Yusifi gecə saat 23:30-da Tehranın Evin zindanına aparıldığı barədə anasına məlumat verib.
Fevralın 21-i səhər saat 08:00 radələrində yenidən anasına zəng edən Yusifi artıq Evin zindanına çatdıqlarını bildirib.
Onun hakimiyyətə qarşı təbliğatda ittiham edildiyi bildirilir.
Qeyd edək ki, Məhəmməd Yusifi GünazTV-nin təsisçisi, Amerikada mühacirətdə yaşayan siyasi fəal Əhməd Obalının bacısı oğlu, GünazTV-nin Bakı ofisinin rəhbəri Araz Obalının qardaşıdır.
Məhəmməd Yusifinin həbsinin GünazTV və Əhməd Obalının fəaliyyəti ilə bağlı olduğu və bundan Obalıya qarşı təzyiq vasitəsi kimi istifadə edildiyi ehtimal edilir.
Gunaz.tv