Rusiyanın neft və qaz gəlirləri təxminən 40% azalıb

2023-cü ilin yanvarında Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirlər 2022-ci ilin yanvar ayı ilə müqayisədə 38% azalıb. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına istinadən Reuters agentliyi məlumat yayıb.

BEA-nın məlumatına görə,  bu ilin yanvarında Moskva, neft və qaz ixracından 18,5 milyard dollar, keçən ilin yanvarında isə təxminən 30 milyard dollar əldə edib.

BEA-nın icraçı direktoru Fatih Birol bildirib ki, Qərbin Rusiya enerjisinə tətbiq etdiyi sanksiyalar məqsədinə nail olub – bazarlar sabitləşsə də Moskvanın gəlirlərini azalıb.

“Biz yaxın aylarda Rusiyanın neft və qaz gəlirlərindəki daha kəskin azalmasını  gözləyirik. Texnologiyaya və investisiyaya çıxışın olmaması səbəbindən Rusiyanın ortamüddətli perspektivi daha da dramatikdir”, – Birol bildirib.

Bundan əvvəl Rusiya Maliyyə Nazirliyi məlumat vermişdi ki, ilkin məlumatlara görə, 2023-cü ilin yanvarında Rusiya büdcəsinin kəsiri ötən ilin yanvar ayı ilə müqayisədə 14 dəfə artaraq 1,8 trilyon rubl təşkil edib. Yanvarda neft və qaz gəlirləri 46% azalıb, Maliyyə Nazirliyinin məlumatına görə, bu, ilk növbədə Urals neftinin ucuzlaşması və qaz ixracının azalması ilə bağlıdır.

Basta