Ukraynada Rusiyanın bir qırıcısı, bir helikopteri və yeddi PUA-sı vuruldu

Ukrayna aviasiyası son 24 saat ərzində işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 13 zərbə endirib.

Bu haqda Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 3-də səhər yaydığı hesabatda deyilir.

Bbildirilir ki, bundan əlavə, ukraynalı müdafiəçilər düşmənin Su-25 hücum təyyarəsini, bir Mi-24 helikopterini və yeddi pilotsuz təyyarəni (1 Supercam, 2 Orlan və 4 Lancet) vurub.

Basta