Ukrayna ordusu Baxmutda əks hücuma keçdi
Ukrayna ordusu Baxmutda əks hücuma keçib. Bu barədə “New York Times” qəzeti Ukrayna bölmələrindən birinin komandirinə istinadən yazır.
NATO kəşfiyyatının məlumatına görə, Baxmutda Ukraynanın itirdiyindən 5 dəfə çox rus əsgəri ölür.
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının onu Baxmutu tərk etməyə razı salması ilə bağlı məlumatı təkzib edib.
Müharibə Tədqiqat İnstitutunun analitikləri bildirirlər ki, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Vaqner hərbi birləşməsinin elit bölmələrini tükəndirmək üçün Baxmut uğrunda mübarizəni davam etdirəcək.