Səbinə Əliyeva işdədir- Ombudsman Aparatı
Bəzi KİV-lərin İnsan Halqarı üzrə Müvəkkilinivə regional instituların hüquqlarının dondurulması həqiqətə uyğun deyil.
Bu barədə Ombudsman Aparatının cümə günü yaydığı məlumatda deyilir.
Ombudsman Səbinə Əliyeva öz fəaliyyətini Konstittusiya qanunu əsasında davam etdirir.
Məlumata görə, daxil olan müraciətlər qanun əsasında icraata qəbul edilir və təhqiqi olunur, on-layn maarifləndirici tədbir və görüşlər keçirilir.
Qeyd edək ki, Səbinə Əliyeva və həyat yoldaşı Siyavuş Novruzov avqusutn 18-də Prezident Administrasiyasının kçrmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin qalamaqallı toyunda iştirak ediblər.
Karantin dövründə qadağalara riayət etməmək Siyavuş Novruzovun partiya sədrinin müavini vəzifəsndən istefa verməsinə və töhmət almasına səbəb olub.
KİV-lər habelə Ombudsmanın toyda geyiminə də diqqət yetiriblər, 3 min dollarlıq geyimi olub və brilyant boyunbağlar taxıb ki, bunu ərinin maaşı ilə almaq mümkün deyil.
Ombudsman KİV-lə təmas yaratmır, elə bu da onun vəzifədən azad olunması və fəaliyyətini dayanrıması barədə yazılara əsas olub.