Mariupolda üzərində Ermənistan bayrağı olan yük maşınları göründü
Martın 19-da Rusiyaı tərəfindən işğal olunmuş Mariupolda üzərində Ermənistan və Dağıstan bayraqları olan “humanitar” yük maşınları diqqət çəkib.
Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko öz Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, Rusiya prezidentinin səfərindən sonra şəhərdə yük maşınları karvanının hərəkəti müşahidə olunub. O, video da yerləşdirib.
“Metallurqov prospektində İlyiç istiqamətində üzərində Ermənistan və Dağıstan bayraqları olan və “Humanitar missiya” sözləri yazılmış dörd çadır avtomobil hərəkət edib” – deyə, o əlavə edib.
Mənbə: Unian