Finlyandiya bu gün NATO-ya üzv qəbul olunacaq
NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın aprelin 4-də alyansa qoşulacağını təsdiqləyib. Qeyd olunur ki, bu Skandinaviya dövlətinin bayrağı NATO-nun Brüsseldəki mənzil-qərargahında qaldırılacaq.
“Bu, tarixi həftə olacaq. Biz Finlandiya bayrağını Brüsseldəki qərargahda qaldıracağıq və o, alyansın üzvü olacaq”, – Stoltenberq bildirib.
Xatırladaq ki, əvvəllər Finlandiyanın üzvlüyünə etiraz edən Türkiyə artıq bu ölkənin Şimali Atlantika Alyansına üzvlüyü ilə bağlı protokolu rəsmən ratifikasiya edib.
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəyə başlayarkən, bu qərarını NATO-nun Rusiyaya yaxınlaşmasını əngəlləmək məqsədilə əsaslandırmışdı. Amma məhz bu müharibə başlayandan sonra Finlyandiya öz təhlükəsizliyini təmin etmək üçün alyansa üzvlük üçün mürciət etdi. Beləliklə, NATO Rusiyanın ikinci paytaxtı və baş şəhəri olan Sankt-Peterburqun qapısına dayandı.