İran azərbaycanlıları sərhəddə Bakı ilə həmrəylik aksiyaları keçirir
Son günlər İran azərbaycanlıları Araz çayı boyunca Azərbaycan Respublikası ilə sərhəddə toplanırlar və şimaldakı soydaşlarına dəstək nümayiş etdirirlər.
Onlar sosial şəbəkələrdə bu barədə videoçarxlar yerləşdirərək Tehran rejimini anti-Azərbaycan siyasətinə görə pisləyirlər.
Azərbaycanlıların bu kortəbii aksiyaları Tehran rejiminin ciddi narahatlığına səbəb olub, onlar insanların sərhədə çıxışını məhdudlaşdırmağa və bu cür aksiyaların keçirilməsini qadağan etməyə başlayıb.
Xatırladaq ki, İranın şimalında 30 milyona yaxın etnik azərbayanlı yaşayır.