Reuters: Ukrayna əks-hücum üçün 40 min döyüşçü hazırlayır

Ukrayna Silahlı Qüvvələri rus qoşunları tərəfindən işğal edilmiş əraziləri azad etmək üçün 40 min nəfərlik əlavə qoşun yaradır.  Bu barədə Reuters agentliyinin həmin döyüşçülər və onlara təlim keçən hərbçilərlə reportajında məlumat verilir.

Hücum bölmələri “Polad Sərhəd”, “Qasırğa”, “Spartalı”, “Çervona Kalina”, “Cəbhə”, “Fury”, “Azov” və “Qara-Dağ” adlanır.

Polad Sərhəd bölməsinə 2022-ci ilin yazında Mariupolun müdafiəsi zamanı Ukrayna sərhəd qüvvələrinə rəhbərlik etmiş Valeri Paditel komandirlik edir. Azovstalın süqutundan sonra o, əsir götürülsə də sentyabrda Moskva ilə Kiyev arasında əsir mübadiləsi çərçivəsində azad edilib.

Yeni çağırışçılar və onları öyrədən hərbçilər əks-hücumun qarşıdakı həftələr və ya aylarda  başlayacağını söyləyiblər.

Ukrayna Daxili İşlər Nazirliyi fevral ayında Hücum Qvardiyasına könüllü qəbulunu elan edib. Martın sonunda Ukrayna Milli Qvardiyasının nümayəndələri bildiriblər ki, Hücum Qvardiyasına daxil olmaq üçün 35 mindən çox könüllü müraciət edib. Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko qeyd edib ki, könüllülər arasında həm keçmiş hərbçilər, həm polislər, həm də döyüş təcrübəsi olmayan şəxslər, o cümlədən qadınlar var.

Recruits of the Steel Border storm brigade practise at the unit's base

Basta