ABŞ Ermənistanı siyahıdan çıxartdı

Aprelin 22-də ABŞ Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Defender 23 hərbi təlimləri başlayacaq.  İki ay davam etməsi nəzərdə tutulan təlimlər Avropanın on ölkəsinin ərazisində keçiriləcək.

İştirakçı ölkələrin ilkin siyahısına Ermənistan da daxil edilibmiş. Lakin sonradan yenilənərək dərc edilmiş siyahıdan Ermənistanın adı çıxarılıb.  Bu haqda News.am məlumat yayıb.

Bildirilir ki, təlimlərdə ABŞ-dan başqa  Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro,  Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan hərbçilər iştirak edəcəklər.

Basta