AKP hökumətinin sabiq ədliyyə naziri CHP-dən namizəd oldu
Türkiyənin sabiq ədliyyə naziri Sadullah Ergin deputatlığa namizəd olub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP hökumətinin eks-naziri bu partiyadan qopmuş DEVA Partiyasının (sədri Ali Babacandır) funksioneridir.
DEVA Partiyası deputatlığa namizədlərini Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahısından irəli sürdüyü üçün S.Ergin də CHP namizədi kimi seçkilərə qatılıb.
Onun namizədliyi I Ankara seçki bölgəsi üzrə proporsional siyahıda 4-cü sırada göstərilib.
Qeyd edək ki, o, 2009-2013-cü illərdə ədliyyə naziri postunu tutub.