Rusiya Ermənistandan izahat istədi
Rusiya rəsmi İrəvandan Ermənistanın NATO ilə birgə hərbi təlimlərdə iştirakı ilə bağlı izahat istəyib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Ermənistan-Azərbaycan sərhədində aprelin 11-də baş verən insidentə toxunan diplomat Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti fonunda vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırıb.
“Bu münaqişənin həlli ilə heç vaxt məşğul olmayan digər strukturların və oyunçuların regiona nüfuz etməsinin gərginləşməyə, sabitliyin pozulmasına və sülh prosesindən yayındırılmasına gətirib çıxaracağını əvvəlcədən proqnozlaşdırırdıq. İndi biz ağrı və təəssüf hissi ilə sabitliyin pozulmasının müxtəlif təzahürlərinin şahidi oluruq”, – deyə Zaxarova bildirib.
Basta