Laçında minaya düşən çoban ora necə keçib?
Aprelin 12-də Laçın rayonu Sus kəndi ərazisində öküz otaran zaman çoban minaya düşüb.
Məlumata görə, minaya düşən 2001-ci il təvəllüdlü Ramil Əzizovun sağ ayağının daban hissəsi amputasiya edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Laçın rayonunun yerli sakinlər üçün hələ bağlı olduğu halda bu hadisənin baş verməsi suallar yaradıb.
“Maraqlıdır, hələ heç kim buraxılmadıgı halda, sürü ora necə keçib, çoban kimin çobanıdır?” – deyə, Laçın sakini İlqar Mahmud özünü feysbuk səhifəsində yazıb.
Basta