SEPAH Xəzərdə hərbi parad keçirəcək

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri körfəz və Xəzər dənizində hərbi parad keçirəcək.

Bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı general Əlirza Təngsiri yerli mediaya verdiyi açıqlamada bildirib.

Təngsiri Xəzər dənizi, Körfəz və Oman dənizində keçiriləcək paradın “fələstinlilərə dəstək” məqsədi daşıdığını deyib.

Qeyd edək ki, hər il orucluq ayının sonuncu cümə günü İran hökuməti və ona bağlı qüvvələr ölkə daxili və xaricdə “Qüds günü” adı ilə aksiyalar keçirirlər.

İsrail dövlətinin məhvi ilə bağlı şüarlar səsləndirilən aksiya İran hökumətinin əsas siyasi-ideoloji təbliğat vasitələrindən biri sayılır.

Günaz.TV