Siyasi dəllallıq
Çingiz Əli
Azərbaycan kimi çirkli siyasi mühitdə siyasətçi olmaq çətin məsələdir. Mənim siyasətlə maraqlandığım və son 35 ildə yaxınlığında olduğum siyasi prosesləri izləyərkən gəldiyim nəticə bundan artıq deyil təəssüf ki…
İllərlə siasətlə məşqul olub, müəyyən ciddi uğurlara imza atmış bir çox siyasətçilər gördüm və görürəm ki, əlləri keçmişdə birilərinin (hakimiyyətin) cibində olmuş, ancaq qızıl qırmızı mən ən-ən müxalifətçiyəm deyibən müəyyən uğurlara nail ola bilmişlər də, hətta bu sahilsiz dənizdə su üzündə qalmaqda davam edirlər belə.
Ancaq yaxşı bilirlər ki, siyasətdə heç nə yaddan çıxmır, heç nə unudulmur. Bu səbəbdən də qarşısında son addım atmaq, qəti qərara gəlmək dilemması duranda… əlbəttə addımı atırlar, qərara gəlirlər. Ancaq bu addım-qərar, məsuliyyəti öz üzərinə çəkmək yox, başqasının qarşısını kəsmək, qarbağına “kötük” dığırlatmaqdan irəli gedə bilmir.
Və bir müddət istəklərinə nail ola da bilirlər, hakimiyyətin ömrünü uzatmaq bahasına olsa belə, xalqın rəzil gündə sürünməsini davam etdirməsinə bais olsalar belə. Çünki yaxşı bilirlər ki, “millət üçün etdikləri” hələ yaddaşlardadır, ölməyib yaşayanlar hələ kritik həddə çoxdurlar və onların səslərini düyürmüaq imkanları onun kimilərin siyasi “tramplinini” sındıra biləcək gücdədir.
Ona görə də belə birisi hər cür manipulyativ “priyomlara” əl ataraq həm vaxtı uzatmağa nail ola bilir və təəssüf ki, həm də ölkəmizin avtoritar bataqlıqda çabalamasına bais ola bilir. Pisi də odur ki, dost rəqiblərin susmaları hesabına ətrafının genişləndiyi illuziyasına qapılaraq “siyasətini” davam etdirməkdə və heç bir peşmançılıq hissi keçirməməkdə qərarlıdır. “Siyasət çirkli peşədir” dedizdirənlər də elə belələridir.
Hələ gec deyil, peşman olmaq da olar, üzrhaxlıq etmək də. Ləyaqətli siasətçilər başa düşər, hətta bağışlayarlar da.
P. S. Ey “avtobus müxalifəti”, sizlər hələ bu yolu təzə gedirsiniz, olmuşlardan nəticə çıxarın, nə qədər gec deyil düşün avtobusdan, sonra gec olacaq, özünüzə yazığınız gəlsin, heç olmasa mənim yazığım gəldiyi qədər.