Paşinyandan erməni kilsəsinə sərt cavab: “Allaha qarşıdırlar”
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 22-də Milli Assambleyada hökumət və kilsə münasibətləri ilə bağlı çıxış edib.
“Daim müzakirə olunan bir mövzuya toxunmaq istəyirəm ki. Bir çoxları hökumətlə kilsə arasında münasibətlərin pis olduğunu və ya bu münasibətlərdə problemlər olduğunu deyirlər.
İndi çox qəribə və səs-küylü bir açıqlama verməliyəm. kilsənin hakimiyyətlə münasibətləri pisdirsə, deməli, onların Allahla münasibətləri pisdir, bu, xristian nəzəriyyəsinə görə belədir”, – baş nazir bildirib.
Qeyd edək ki, dünən jurnalistlərlə keçirdiyi brifinqdə bütün ermənilərin katolikosu Qarekin bildirib ki, “Baş nazirin istefaya çağırılması, müddəti olmayan çağırışdır”. Kilsə rəhbəri 2020-ci ildə Paşinyanı istefaya çağırmışdı. Dünən o, çağırışın qüvvədə olduğu ifadə edib.
Mənbə: Armtimes