Belqorodda daha bir bomba tapıldı, minlərlə insan təxliyə edilir
Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, şəhərdə Rusiya təyyarəsindən düşən bombanın partladığı yerin yaxınlığında daha bir “partlayıcı obyekt” aşkar edilib və 17 yaşayış binası təxliyə edilib.
Operativ qərargah 200 metr radiusda 17 çoxmənzilli binanın boşaldılması barədə qərar qəbul edib. İlkin məlumatlara görə, bu, üç min nəfərdən çoxdur.
Aprelin 20-də axşam saatlarında Rusiyanın Belqorod şəhərində partlayış baş verib. Partlayış nəticəsində 4 mənzil və bir neçə avtomobilə ziyan dəyib, üç nəfər xəsarət alıb.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın Belqorod şəhərində partlayışa səbəb Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsinin uçuşu zamanı aviasiya sursatının düşməsi olub.
Basta